Füzulidə yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

"Unikal" xəbər verir ki, dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Dəfn mərasimi fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

***10:10

Yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu ilə vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, vida mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak edirlər.