İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçiriləcək.

"Unikal" xəbər verir  ki, polis hazırda Nazirlər Kabinetinin binasının qarşısında canlı sədd qurub.

 ***16:51

Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirən vətəndaşlar İrəvanda Tiqran Mets prospektini bağlayıblar. Onlar oturaq aksiya elan ediblər.  

"Unikal" xəbər verir ki,  bu  barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilir ki, polislər aksiya iştirakçılarına toxunmayıblar.  

Xatırladaq ki, “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan səhər saatlarında bu gün saat 19:00-da mitinq keçiriləcəyini açıqlayıb və hamını aksiyaya çağırıb. 

***14:23

İrəvanda vəziyyət getdikcə gərginləşir. Əsas hökumət binasının yanına böyük polis qüvvəsi gətirilir. Qarabağda məlum hadisələrdən sonra vətəndaşlar yenidən hökumətin əsas binası yaxınlığında toplaşır. 

"Unikal" xəbər verir  ki, bu barədə "Hraparak"  nəşri məlumat yayıb. 

 ***10:24

“Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan İrəvanda, Nazirlər Kabinetinin binası yaxınlığında, Respublika meydanında Qarabağdakı seperatçı qüvvələrə dəstək və ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə yeni etiraz aksiyası keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

O, yerli əhaliyə müraciətdində bildirib ki, Paşinyan Qarabağdan imtina edib. Onun fikrincə, mövcud vəziyyət baş nazirin siyasətinin nəticəsidir.

Gülayə Mecid