Bu gün günorta saatlarında İranın şimalında yerləşən Qum vilayətində metaləritmə zavodunda güclü partlayış baş verib.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.