Doğma çay markamız “Azerçay” müxtəlif sosial layihələrdə yaxından iştirak edir. Sevilən çay brendi yeni dərs ilinin başlaması ilə Bakı Dövlət və Bakı Slavyan Universitetlərində layihə həyata keçirib.

"Unikal" xəbər verir ki, ilk dərs günündə tələbələr ətirli çaya qonaq olublar.

Qeyd edək ki, milli markamız olan “Azerçay” ölkə daxilində və xarici bazarda daim böyük rəğbətlə qarşılanır. Dünyanın 40-dan artıq ölkəsinə ixrac olunan özünəməxsus dadı ilə süfrələri bəzəyən çay markamız ənənəsinə sadiq qalaraq müxtəlif layihələrdə iştirakını davam etdirəcək.

Həmçinin, bir sıra sosial layihələrə imza atan “Cofee`N Joy” qəhvə markası bu dəfə tələbə gənclər təşkilatını dəstəkləyib. Dünyanın 110-dan çox ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvə sahib olan AIESEC ən böyük tələbə təşkilatıdır. 

Sevimli qəhvə markası “Cofee`N Joy” may ayında AIESEC Azərbaycan gənclər təşkilatı ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb. Və iyun ayında təşkilat tərəfindən keçirilən gənclər üçün “Reklam və Marketinq forumu”nda tərəfdaş qismində iştirak edən qəhvə markamız sentyabr ayında da Qəbələdə keçirilən AIESEC Milli Konfransında tərəfdaş olub.

Qeyd edək ki, “Sevdiyiniz daddan daha ləzzətli” şüarı ilə istehlakçıların rəğbətini qazanan qəhvə markamız ənənəsinə sadiq qalaraq sosial layihələrdə iştirakını davam etdirəcək.