Xəbər verdiyimiz kimi, şəhid xəbəri yayılan polis əməkdaşı Həsənov Elşən Mehman oğlunun yaşadığı məlum olub.

“Unikal” xəbər verir ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

Elşənin dəfnə hazırlaşan ailəsi “Baku TV”yə danışıb.