Türkiyəli aktyor Baran Bölükbaşının yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Yıldızlar bana uzak" serialında "Han" obrazına həyat verəcək.
Qeyd edək ki, Baran sonuncu dəfə "Yalı çapkını" serialında "Tarık" obrazı ilə izləyicilərin qarşısına çıxmışdı.