Ermənistanın paytaxtı İrəvan xaosa qərq olub. 

"Unikal" xəbər verir  ki, yerli əhali  İrəvanın mərkəzində hökumət binası yaxınlığında Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr fonunda Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.  Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. 

Etirazçılar Maştots-Əmiryan kəsişməsində və Nalbandyan küçəsində hökumət binası yaxınlığında avtomobillərin hərəkətini kəsiblər.  Bildirilir ki, etiraz edənlərin bəziləri aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, sentyabrın 20-də axşam İrəvanda etirazçılarla polis arasında toqquşmalar başlayıb

Gülayə Mecid


v