Ukrayna hərbçiləri cümə axşamı gecə Krımın Saki şəhəri yaxınlığındakı hərbi aerodroma hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Mərkəzinin (AFU) Telegram kanalında məlumat verilib .

“Sentyabrın 21-nə keçən gecə Ukrayna müdafiə qüvvələri Krımın Saki şəhəri yaxınlığındakı hərbi aerodroma birgə hücuma keçib”, - bəyanatda deyilir.