Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində daha dörd medal qazanıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasından "Unikal"a verilən məlumata görə, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova - Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.
Aylin Əsgərova - Hüseyn Eylazov və Zemfira Mikayılova - Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, stolüstü tennisçilərimiz daha öncə beş bürünc medal qazanıblar.
Maraqlı məqamlardan biri də odur ki, təmsilçilərimiz yarış ərzində