ABŞ Qarabağda baş verənlərdən narahtdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.
"Unikal" xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrində ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.
O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.
“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edir. Bu həftə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu çox önəmli hadisə idi.”, - deyə o bildirib.
Bu böhranın yeganə yolu zorakılığa son qoyulmalıdır.