"Fox" kanalında yayımlanan "Adım Farah" serialının yayım tarixi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin ikinci mövsümünün ilk bölümü sentyabrın 27-i yayımlanacaq.

Qeyd edək ki, layihədə Hatice Aslanla Burak Tamdoğan rol alacaqlar. Serialın baş rollarını Engin Akyüreklə Demet Özdəmir canlandırır.