"Qarabağda bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildiriblər".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində deyib.
Hikmət Hacıyev qeyd edib ki, Bakı silahlarını təslim edən Qarabağ döyüşçülərinə amnistiya nəzərdə tutur: "Hətta keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, onlar belə təsnif edilə bilərsə, hətta onlar üçün də amnistiya nəzərdə tutulur".
O, bu gün bölgəyə üç humanitar yardım yükünün çatdırılacağını bildirib: "Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər. Biz də görürük ki, bəzi kiçik qruplar meşəyə gedirlər. Lakin biz bunu ən böyük problem və böyük təhlükəsizlik problemi kimi görmürük. Təbii ki, bu, müəyyən çətinliklər yaradacaq, lakin o qədər də böyük miqyasda deyil".
Ağarza Elçinoğlu