Türkiyə Azərbaycan silahlı qüvvələrinin Qarabağda apardığı antiterror əməliyyatından sonra uzunmüddətli sülhün bərqərar olacağını gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bildirib. 

O, həmçinin sülh sazişinin bütün bəndlərinin həyata keçiriləcəyinə ümid etdiyini deyib: "Ümid edirəm ki, bu hadisələr davamlı sülhə doğru bir addım olacaq. Xüsusən də Ermənistan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsə və sülh sazişinin bəndləri tez bir zamanda bərpa olunarsa, regionda sülh və əmin-amanlıq mühiti yaranacaq". 

Gülərin sözlərinə görə, bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə vicdanla yerinə yetirəcəyindən asılı olacaq.

Ağarza Elçinoğlu