Fransa və İranın İrəvanda akkreditə olunmuş səfirləri Ermənistandakı vəziyyəti və regionda baş verənləri müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə İran səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunur ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini cümə günü günortadan sonra İran səfiri Mehdi Sübhani ilə görüşüb.

Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.