"Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirməyə məcbur oldu və bu, Ermənistanla münasibətlərin normallaşması üçün yeni imkanlar pəncərəsi açdı".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirməyə məcbur olub. Təmaslarımız zamanı bir daha bəyan etmişik ki, biz həmişə Azərbaycanı haqlı işində dəstəkləyirik. Azərbaycanın bu son əməliyyatı münasibətlərin normallaşması üçün yeni imkanlar pəncərəsi açıb. Biz bundan sonra da qonşu regionlarımızda sülh, sabitlik və rifahın təmin edilməsi üçün bütün səylərimizi göstərəcəyik”.