NATO Azərbaycanda
10:14 04-04-2013
İQTİSADİYYAT
NATO Azərbaycanda
Artıq razılaşmaların detalları görünür
Son zamanlar Azərbaycan - NATO münasibətləri kifayət qədər aktuallaşıb və aydın olur ki, Azərbaycan sürətlə NATO ilə əlaqələri ciddiləşdirir. İlk növbədə bunu qeyd edək ki, hazırda Azərbaycan Türkiyə və ABŞ hərbiçilərinin iştirakı ilə Gürcüstanda hərbi təlimlərdə iştirak etməyə hazırlaşır və bu demək olar ki, NATO-un regionda ilk böyük layihəsi olacaq.
Bununla yanaşı NATO qoşunlarının Azərbaycan və Gürcüstan vasitəsi ilə Əfqanıstandan çıxarılması, hətta bu hərbi birləşmələrin bir müddət Azərbaycanda qalması da əsas mövzuya çevrilib. Düzdür hələlik Rusiya buna qarşı sərt təpki göstərir və hesab edirlər ki, bu regionda hərbi balansı pozacaq. Amma buda məlum olur ki, NATO heç də Rusiyanın bu tələblərinə əhəmiyyət vermir. Maraqlıdır, bəs Azərbaycan necə NATO-un Əfqanıstandakı hərbi hissələrini qəbul etməyə hazırdımı?
Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim ABŞ-ın paytaxtı Vaşinqtonda Vudro Vilson adına mərkəzin nəzdindəki Kennan İnstitutunda çıxış etmiş X.İbrahim "NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesində Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunacaqmı?" sualına cavabında qeyd edib ki, Azərbaycan qoşunların çıxarılması məsələsində NATO ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın NATO yanında daimi nümayəndəsinin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin nazir müavinləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsinin texniki və prosedur detallarını NATO-da ən yüksək səviyyədə təqdim edib.
"Bizim qanunvericilik bu layihənin NATO tərəfindən dəstəklənməsinə hazırdır. Bəzi ölkələr NATO ilə razılaşmaların imzalanması prosesini hələdə davam edirirlər, Azərbaycanda isə artıq hər şey hazırdır. Azərbaycan üzərindən artıq qoşunların az bir hissəsinin çıxarılması həyata keçirilir. Bundan başqa, qoşunlar çıxarıldıqdan sonra Əfqanıstan iqtisadiyyatının bərpasında, iş yerlərinin açılmasında böyük yardıma ehtiyacı olacaq, bunun üçün isə müvafiq infrastruktur gərəkdir. O baxımdan, bu layihə Əfqanıstan üçün dönüş yarada bilər", deyə X.İbrahim qeyd edib.
ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələrin həlli məsələləri üzrə ofisinin direktoru Castin Fridman APA-ya müsahibəsində NATO qoşunlarının Əfqanıstandan çıxarılmasında Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsi məsələsini şərh edib: "Qoşunların çıxarılması çoxpilləli olacaq. Qoşunların çıxarılmasında mövcud olan infrastruktur və kommunikasiya yollarından istifadə olunacaq. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, qiymətlər münasib olduğu halda, ondan da istifadə olunacağı istisna olunmur".
Vaşinqtonun Cons Hopkins adına Universitetində çıxış etmiş NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı Jan Pol Palomeros Bakı-Tbilisi-Qars dəmir yolunun istifadə olunması məsələsini belə şərh edib: "Bu mövzu diqqət mərkəzindədir. NATO ölkələri bütün tərəfdaşlarla qoşunları Əfqanıstandan daha qənaətli və təhlükəsiz yolla çıxarılması məsələsini müzakirə edir".
NATO-nun Azərbaycanla tərəfdaşlığını general Palomeros "koalisiya quruluşunda yaxşı örnək" kimi qiymətləndirib: "Azərbaycan Əfqanıstanla bağlı məsələdə öz payına düşən işi yerinə yetirir. Koalisiyada iştirak - NATO-ya dair olan niyyətlərin ciddiliyini nümayiş etdirmək üçün ən yaxşı vasitədir".
Bunu da qeyd edək ki, bu günə qədər Azərbaycan antiterror əməliyyatlarında yaxından iştirk edib, sülhməramlı dəstələrini öncə İraqa, daha sonra isə Əfqanıstana göndərmişdi. Bununla yanaşı ABŞ təyyarələrinin Əfqanıstana getməsi üçün Azərbaycana məxsus hava limanlarından istifadəyə icazə vermişdi. Ekspertlər hesab edir ki, Azərbaycan bu istiqamətdə əməkdaşlığı davam etdirəcək və bununla bağlı Azərbaycanla ABŞ arasında hələ keçmiş dövlət katibi Hillari Klinton Azərbaycana gələndə razılıq əldə edilmişdi. Buna görə də artıq hansısa dövlətin Azərbaycana təsiri sadəcə mümkünsüzdür.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40