Respublika Perinatal Mərkəzində daha bir riskli əməliyyat icra olunub.

"Unikal" xəbər verir ki, Aynur Babayeva Astara rayonundan Mərkəzə dölyanı mayenin vaxtından öncə axması, uşaqlıq boynunun qısalması, (17 mm), dölün bətndaxili hipoksiyası, dölün  bətndaxili ləngiməsi diaqnozu ilə daxil olub. 

Aynur xanım 1 həftə Perinatal Mərkəzdə RDS-in profilaktikası (ağciyərin açılması üçün), antibakterial müalicə, anemiyanın ( qan azlığı ) müalicəsini alıb. 30-cu həftədə 1-ci döldə hipoksiya və dölyanı mayenin azalması səbəbi ilə Aynur xanım keysəriyyə əməliyyatına alınıb.

Onu da qeyd edək ki, birinci döl sağrı gəlişi, ikinci döl isə baş gəlişi olub. Daha sonra körpələr Yenidoğulmuşların reanimasiyasında müalicə alıb, beş günlük Reanimasiya müalicəsindən sonra Yenidoğulmuşların Patologiyasında müalicələrinə davam ediblər.

Nəhayət RPM kollektivinin əməyi nəticəsində Aynur Babayeva əkiz körpələri ilə birlikdə evinə yola salınıb.