Bakıda 6 otaqlı evdə yanğın olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.