ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya”  ixtisası üzrə təhsil alan bakalavr tələbələri üçün “ComplexCore” tərəfindən təlim keçirilib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, 23-24 sentyabr tarixlərində Avstriyanın “ComplexCore” təşkilatının İcraçı direktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının proqram direktoru Roman Yahoda tərəfindən  III və IV kurs bakalavr tələbələri üçün üçsəviyyəli “ComplexCore” təlimləri keçirilib.