Liviyanın baş prokuroru minlərlə insanın ölümünə səbəb olan son daşqınlarla bağlı aparılan istintaq çərçivəsində səkkiz məmurun həbsinə göstəriş verib.

"Unikal" xəbər verir ki, bu  barədə TASS məlumat yayıb.

Sentyabrın 10-da Liviyanın şərqindəki liman şəhəri Derna ətrafında qasırğanın vurmasından sonra iki köhnə bəndi partlayıb. 

Baş prokurorluğun bəyanatında deyilir ki, məmurlar digər qanun pozuntuları ilə yanaşı,"səhlənkarlıqda" şübhəli bilinirlər. Onlardan yeddisi hazırda və ya əvvəllər su və bənd idarələrində çalışıb.