Xəbər verdiyimiz kimi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Naxçıvana bir günlük səfər edib.

“Unikal”ın məlumatına görə,  Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi zamanı iki lider arasında maraqlı dialoq yaranıb. 

Belə ki, Ərdoğan leysan yağışı səbəbindən “Bizim oralar yanır, sizin buralara rəhmət yağır” deyib. Prezident İlham Əliyev isə “Bərəkətdir” deyə cavab verib.