İrəvanda etiraz aksiyalarında saxlanılan iştirakçıların sayı 66-ya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***11:40

Bu gün İrəvanda etiraz aksiyaları zamanı saxlanılanların sayı 56 nəfərə çatıb.

“Unikal” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Səhər saatlarında etirazçılar şəhərin mərkəzində bir sıra küçələri bağlayıblar.

***

09:24

Ermənistanda Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın mərkəzi prospektlərindən birini bağlamağa cəhd göstərən müxalifət fəalları saxlanılıb.

"Unikal" xəbər verir ki, əvvəlcə asayiş keşikçiləri etirazçılara prospekti açmaq üçün vaxt veriblər, bundan sonra onları saxlamağa başlayıblar.

Məlumata görə, 10 nəfər polisə aparılıb.

***

08:43

Ermənistanın paytaxtı İrəvanda səhər saatlarından etibarən etirazçılar şəhərin küçələrini bağlayır və Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşrin məlumatına görə, polis yenidən kütləvi həbslərə başlayıb.

Xatırladaq ki, Ermənistan müxalifətinin liderləri oktyabrın 5-i Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.

Gülayə Mecid