Cənubi Afrikada aparteid əleyhinə mübarizə aparan qəhrəman Nelson Mandelanın nəvəsi Zoleka Mandelanın vəfat edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Zolekanın ailəsi məlumat yayıb. Bildirilir ki, o, 43 yaşında xərçəngdən vəfat edib.

"Sevimli nəvəmizin itkisi üçün yas tuturuq. Onun xərçəngin qarşısının alınması ilə bağlı maarifləndirmə işi və bu xəstəliklə bağlı stiqmanı aradan qaldırmaq üçün sarsılmaz öhdəliyi hamımızı ruhlandırmağa davam edəcəkdir",  - Nelson Mandela Fondu yazıb.