ABŞ Maliyyə Nazirliyi İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədən olan beş quruma və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Amerikanın qara siyahısına daxil edilmiş fiziki və hüquqi şəxslər “İran Şahed model PUA-larının ən mühüm komponenti olan servomotorların alınması üçün təchizat və maliyyə əməliyyatları həyata keçiriblər”. Amerika rəsmilərinin bildirdiyinə görə, “İran Rusiyanı Ukraynada istifadə üçün Şahed-136 PUA ilə təmin edir”.
Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.