“Neftçi”də daha bir təyinat reallaşıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın mətbuat katibi müəyyənləşib.
Bu vəzifəyə Emin Əfəndi təyin edilib.
45 yaşlı Emin Əfəndi müxtəlif illərdə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. O, 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub.