Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statusu ilə bağlı məsələnin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan brifinqdə bildirib.

"Biz Rusiya Federasiyasına ikitərəfli saziş bağlamağı təklif etmişik ki, Roma Əsasnaməsi Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanın qorxuları aradan qalxsın", - o deyib. 

Qeyd edək ki, Ermənistan parlamentinin müvafiq komissiyası Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini bu gün qəbul edib.

Ağarza Elçinoğlu