Zorakılığın səngimədiyi Meksikada növbəti dəfə hissələrə ayrılmış insan cəsədləri aşkarlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Monterrey bölgəsinin qeydə alınıb.  

Belə ki, bölgənin ən zəngin məhəllələrinin birində çox sayda çanta tapılıb. Rəsmilər çantalarda ən azı yeddi cəsədin tapıldığını bildiriblər. Meyitlərdən bəzilərinin başlarının kəsildiyi qeyd edilib.

Səlahiyyətlilər bildirirlər ki, ölənlərin sayı ilə bağlı dəqiq rəqəm deyə bilmirlər, çünki bəzi cəsədlər parça-parça tapılıb.

Ştatın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Gerardo Palacios, cəsədlərin Tamaulipas əyalətindəki narkotik kartellərinin üzvlərinə aid ola biləcəyini ifadə edib.  

Bu hadisə 2010-cu illərdə ölkəni qan gölünə çevirən dəstə müharibələrini xatırladıb. Narkotik kartelləri arasında qarşıdurmalar davam etdikcə, cəsədlər bütün ölkədə küçələrdə qalıb və ya körpülərdən asılıb.
Monterrey ölkənin nisbətən sakit bölgəsidir. 

Gülayə Mecid