Cəlilabad şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Şahmar Rəcəbov və 2007-ci il təvəllüdlü Cahan Hüseynovova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Cəlilabad rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.