Rusiyada sevgilisini öldürən və cəsədini ət maşını ilə məhv edən qatil Ukraynaya qarşı müharibədə göstərdiyi performansa görə həbsdən azad edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkədə reaksiyalara səbəb olub.

Belə ki, 41 yaşlı Dmitri Zelenski 27 yaşlı sevgilisi Tatyana Melexinanı əvvəlcə boğub. Daha sonra o, gənc qadının ətini sümüklərindən ayırıb və ətçəkən maşını ilə qiymə hazırlayıb. Zelenski sümükləri isə zibil qutusuna ataraq izi itirməyə çalışıb. 

Qan donduran cinayəti törədən Zelenksi qısa zamanda qadının ölümündə şübhəli bilinərək saxlanılıb. O, polislərə ilkin ifadəsində qadını necə öldürdüyünü  etiraf edib. Yerli mənbə bildirir ki, qətlin həyata keçirilmə tərzi hətta peşəkar detektivləri də şoka salıb. Dəhşətli qətlə görə  yüksək rejimli həbsxanada 11 il həbs cəzası alıb. 

Lakin rusiyalı qatil müharibəyə görə Rusiya lideri Vladimir Putin tərəfindən əfv edilib. Rusiyalılar normal həyata qayıtmağa icazə verilən qatı cinayətkardan narahat olduqlarını bildiriblər. 

Qeyd edilir ki, ilin əvvəlində Putin Ukraynadakı müharibəyə görə Rusiya həbsxanalarından cəlb edilmiş zorakı cinayətkarları mükafatlandırmaq üçün medallar verməyə başlayıb. 

Seymur Əli