Təxminən 5 ay əvvəl misirli Məhəmməd Əlsaloussi ilə evlənən Şeyma Subaşı bu gün Beykoz Ədliyyəsində keçirilən məhkəmədə boşanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı mayın 2-də misirli Məhəmməd Əlsaloussi ilə ailə həyatı qurub. Evlilikdə psixoloji zorakılıq iddialarından sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu gün boşanan cütlükdən hələlik heç bir açıqlama verilməyib.