Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyası öz işinə başlayır.
"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayacaq.
Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntiazm Komissiyasının tərkibində dəyişikliklər və digər məsələrin müzakirə edilməsi nəzərdə tutulur.