Atəşkəs dövrünün müharibəsi
11:52 05-04-2013
İQTİSADİYYAT
Atəşkəs dövrünün müharibəsi
İtkilər həddindən artıq çox olur
Artıq Dağlıq Qarabağda savaşdan on illər keçsədə əslində deyəsən,açıq savaş gizli savaşla əvəzlənibmiş. Çünki ay ərzində az qala 15 gün atəşkəsin pozulması, təxribat xarakterli əməliyyatların həyata keçirilməsi müharibəsiz müharibənin yaşanması deməkdir. Gəlin adi faktlara baxaq. Tək bunu deyək ki, Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub. Mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAK İB) sədri Hafiz Səfixanovun verdiyi məlumata görə, hazırda Azərbaycanın mina qurbanları olmayan regionu yoxdur: "Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Atəşkəs müqaviləsi imzalandıqdan sonra 400-dək vətəndaşımızın minaların və partlamamış hərbi sursatların qurbanı olması qeydə alınıb. Bütün bunları nəzərə alaraq İctimai Birlik mina qurbanlarına hərtərəfli yardımların göstərilməsini, minaların təmizlənməsi əməliyyatlarının sürətləndirilməsini və əhali arasında mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin gücləndirilməsini vacib hesab edir və bu tipli kampaniyalarda aktiv iştirak edir".
H. Səfixanov bildirib ki, hazırda dünya ölkələrinin 80%-dən çoxu (161 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) və 111 ölkə Kasetli Silahlara dair Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 36 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Son hesabatlara görə, 60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır, milyardlarla ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu Konvensiyaların qəbul olunmasından sonra yüz kilometrlərlə ərazi bu silah-sursatların təsirindən təmizlənib, 46 milyon ədəd mina və kasetli silah məhv edilib. Bütün bunlara baxmayaraq hələ də hər gün 12 nəfərin mina qurbanı olması qeydə alınır. Azərbaycan Respublikası hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir.
Əslində,hərbi ekspertlər hesab edir ki, bu qədər itkinin olması təsadüfi deyil. Çünki bu insanların bir hissəsi illər öncə basdırılmış minaların qurbanı olubsa,bir qismi də yeni basdırılan minaların qurbanıdır. Bu isə sübut edir ki, Ermənistan tərəfi zaman-zaman boş əraziləri minalamaqla azərbaycanlı əsgərlərin ölməsinə imkan yaradırlar. Halbu ki, atəşkəs dövründə minaların basdırılması da qadağan edilir. Yəni mövcud status-kvo dondurulur. Amma reallıq budur ki, erməni kəşfiyyatı ilk fürsətdə beynəlxalq qanunları pozaraq belə addımlar atır. Amma atəşkəs dövründə verdiyimiz təlafat tək bununla kifayətlənmir. Belə ki, hələ bir neçə il öncə cəbhə xəttində yaşanan əsas problemlərdən biri də bu idi ki, Ermənistan tərəfi snayper korpusunu artırmışdı və bölgəyə gətirilən snayperlərin əksəriyyəti xarici ölkələrdən tutulmuş muzdular idi. Qarşılarında olan məqsəd isə yalnız Azərbaycan ordusunda daha çox zabiti sıradan çıxartmaq. Ekspertlər uzun müddət belə halın davam etdiyini və Azərbaycan tərəfinin də əks-addımlar atmasından sonra prosesin səngidiyini bildirirlər. Başqa bir tərəfdən atəşkəs dövründə qurbanların olma səbəblərindən biri də Ermənistan tərəfinin tez-tez divversiya xarakterli əməliyyatlar keçirtmələridir. Hərbi ekspertlər bildirir ki, bu əməliyyatlar bəzən o həddə olur ki, müharibənin başlanması an məsələsi olur. Beləliklə ortada olan real faktlar sübut edir ki, atəşkəs qorunsada atəşkəsində öz qurbanları olur və bu həddindən artıq çoxdur.
Fuad
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00