Ağsuda yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi rayonun Çaparlı kəndində, kənd sakini 1964 -cü il təvəllüdlü Kərimov Burxan Tərxan oğluna məxsus yaşayış evində baş verib.Yanğın yerinə Ağsu YMH- dən texnikalar cəlb olunub.Yanğın zamanı ümumi sahəsi 130 k/m olan bir mərtəbəli fərdi yaşayış evi tamamilə yanıb.Yanğın zamanı xəsarət alan olmayıb.Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.