Oktyabrın 1-də Hollandiyanın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb .

Qroningen yatağı 1959-cu ildə kəşf edilib. Ən pik dövründə burada ildə 50 milyard kubmetrdən çox qaz hasil edilirdi. Lakin hasilatla bağlı zəlzələlər səbəbindən 2018-ci ildə həcmlərin tədricən azaldılması və yatağın bağlanması barədə qərar qəbul edilib.

İyun ayında Hollandiya hakimiyyəti 2023-cü il oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq qərarına gəlib. Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar yatağın istismarını bərpa etmək mümkündür.

Niderland hakimiyyətinin əmrinə əsasən, yekun bağlanma yalnız 1 oktyabr 2024-cü ildə baş verməlidir. Bunun üçün parlamentin təsdiqi lazımdır.