Türkiyədə fəaliyyəti qadağan edilmiş  Kürdüstan Fəhlə Partiyası Ankaranın mərkəzində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb .

Oktyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında Ankaranın mərkəzində törədilən terrora cəhdi “terrorçuların ölkəyə qarşı son nəfəsləri” kimi qiymətləndirib .

Ankaranın mərkəzində Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında partlayış və atəş səsləri eşidilib. Elə həmin ərazidə parlament binası da yerləşir ki, bu gün deputatların yay tətilindən sonra ilk iclası keçirilib. Daxili işlər naziri Əli Yerlikaya iki terrorçunun minalanmış avtomobili partlatmağa cəhd etdiyini, lakin polis tərəfindən qarşısının alındığını bildirib. Bir terrorçu özünü partladıb, ikincisi isə “zərərsizləşdirilib”. İki polis əməkdaşı yaralanıb.