Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bundan əvvəl Fransanın İrəvanda hərbi attaşesinin, eləcə də Sünik bölgəsində konsulluğunun açılacağı bildirilib.

Xatırladaq ki, Kolonna aprel ayında Ermənistanda olub.