"Ölkəmizin son bir neçə ildəki quraqlıq səbəbindən hər il təxminən 1,5 milyon hektar ərazisi səhraya çevrilir".

"Unikal" xəbər verir ki, bunu İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının sədri Məhəmməd Cavad Əskəri deyib.

Sözügedən vəziyyətin təhlükəli olduğunu bildirən Əskəri, quraqlıqla effektiv mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

İranın Milli İqlim və Quraqlıq Böhranının İdarə Olunması Mərkəzinin prezidenti Əhəd Vazife martın 13-də verdiyi bəyanatda ölkəsində son 50 ildə yağıntıların miqdarının azaldığını, bu ilin mart ayında yağıntının miqdarının isə ötən illə müqayisədə 16 % azaldığını bildirib.