Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 7 nəfər ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, kilsədə olan 30-40 nəfər dağıntılar altında qala bilər.

Yaralıların dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.