İsraillə münasibətlərin tənzimlənməsi reqressiv addımdır. 

"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bəzi ərəb ölkələrinin İsraillə münasibətləri tənzimləmək üçün əldə etdiyi razılaşmalar barədə danışarkən deyib.

Tehranda keçirilən 37-ci Beynəlxalq İslam Birliyi Konfransının açılış mərasimində çıxış edən Rəisi qeyd edib ki, İsraillə münasibətləri tənzimləmək cəhdləri istənilən hökumət üçün geri addım kimi qiymətləndirilir: "Rəqiblə üz-üzə gəlməyin yolu güzəştlər və təslim olmaqdan deyil, müqavimət və dözümlülükdən keçir".

Ağarza Elçinoğlu