Çində sərnişin təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Çinin "Penpai" informasiya portalı məlumat yayıb.

Məlumata görə, təyyarə qəzası oktyabrın 1-də Çinin şərqindəki Anhuy əyalətində baş verib. Təyyarənin göyərtədə neçə nəfərin olduğu barədə hələlik məlumat yoxdur. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu