İran tezliklə “Fateh-110” və “Zolfqar” ballistik raketlərini ruslara təhvil verməcək.

"Unikal" xəbər verir ki,  bu  barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb. 

Bildirilir ki, BMT qətnaməsinin müddəti başa çatdığı üçün İran artıq oktyabr ayında Moskvaya raket sata biləcək.

“Son həftələrdə biz İranın ixraca hazır olmasının əlamətlərini gördük və Rusiya İranın bir neçə raket sistemində maraqlıdır”, - ISW-nin analitiki Amin Soltani deyib. 

O qeyd edib ki, bunun müqabilində Tehran Moskvadan Su-35 təyyarələri, S-400 hava hücumundan müdafiə sistemləri, kosmos, raket və nüvə proqramları ilə bağlı yardım istəyə bilər.

Təhlilçi deyir ki, razılaşmanın əldə edilib-edilməyəcəyini proqnozlaşdırmaq çətindir, çünki bu, İran və Rusiya arasında münasibətlərin dinamikasından, eləcə də iranlıların nüvə proqramı ilə bağlı Qərblə danışıqlarda prioritetlərindən asılı olacaq.

Gülayə Mecid