Tacikistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 2,8 min nəfərin yaşadığı Karakenj şəhərindən 44 km cənub-şərqdə yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.