14 iyun 2023-cü ildə başlayan Kulturpass xidməti ilə Almaniya 2005-ci il təvəllüdlü hər gəncə 200 avro dəyərində kupon verir. Oxşar təcrübələr İspaniya, İtaliya, Fransa və Türkiyədə də mövcuddur.

"Unikal" xəbər verir ki, indiyədək 320 min istifadəçi qeydiyyatdan keçibsə, onlardan 113 mini bu 200 avroluq kupondan istifadə edib.

Bu hüquqdan yararlana biləcək insanların sayı isə 750 mindir.

Müraciət uğurlu olarsa, 15-17 yaş arası olanlar da gələcək illərdə bu fürsətdən yararlanacaqlar. 200 avroluq kuponla gənclər kinoya, konsertə, teatra gedə, alət və ya kitab ala bilərlər.

Bu kartdan yalnız gənclərin şəxsən getdiyi tədbirlərdə və ya mağazalarda istifadə oluna bilər. Məsələn, onlayn mədəniyyət və incəsənət alışları və ya onlayn abunəliklər üçün keçərli deyil.