Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunub.
"Unikal" xəbər verir ki, Samirə Quliyeva sözügedən vəzifəyə təyinat alıb.
Samirə Quliyeva daha öncə Liman şəhər 16 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün öncə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə Lənkəran ŞİH başçısının keçmiş müavini Rasilə Arifqızının təyin olunması ilə bağlı xəbər yayılmışdı. Lənkəran ŞİH daha sonra məlumatı təkzib etmişdi.