MMA döyüşçüsü Benik Sarkisyan İslam dinini qəbul edib.
“Unikal” xəbər verir ki, idmançı bu barədə öz səhifəsində video paylaşıb.
O, erməni xalqından onun mənəvi seçiminə hörmətlə yanaşmağı xahiş edib. Lakin bu açıqlamadan sonra idmançı öz həmvətənlərinin nifrət axını ilə üzləşib.
Onu “xalq düşməni” elan ediblər. Həmkarı Eduar Vartyanyan isə Benikin qərarına nifrətlə yanaşaraq “Türklər və azərbaycanlılar sizin üçün qardaş olublar. Siz öz xalqınıza xəyanət etdiniz” deyə yazıb.