Nigeriyanın cənubunda qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayışda ən azı 37 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə yerli təhlükəsizlik rəsmisi və icma lideri Rufus Velekem bildirib.

O qeyd edib ki, son hadisə bazar ertəsi səhər saatlarında Rivers əyalətindəki İbaa icmasında baş verib.