İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında həyatını itirənlərin sayı 119-a yüksəlib.

"Unikal" xəbər verir ki, yaralılardan bəziləri müalicə üçün Türkiyəyə göndərilib.

Sentyabrın 26-da Mosul şəhərində əksəriyyəti xristianların olduğu şadlıq sarayında baş verən yanğında insan itkiləri artıb. Mosul İl Sağlamlıq Müdirliyindən edilən yazılı açıqlamada, Hamdaniyyə rayonunda baş verən yanğında həyatını itirənlərin sayının 114-dən 119-a yüksəldiyi, yaralıların bəzilərinin isə xəstəxanaya çatdırıldığı bildirilib. Ağır xəsarətlər alanlar xəstəxanada dünyasını dəyişib.

İraq mətbuatında çıxan xəbərlərdə həyatını itirən yaralılar arasında gəlinin atasının da olduğu bildirilib.

Mosulun Hamdaniye rayonundakı şadlıq sarayında baş verən yanğına zalda istifadə edilən atəşfəşanlığın səbəb olduğu açıqlanıb.