ABŞ dövlət katibi Entoni Blinken və İsveçin xarici işlər naziri Tobias Billström arasında telefon danışığı olub. ABŞ Dövlət Departamentinin dərc etdiyi yazılı açıqlamada, rəsmilərin İsveçin NATO üzvlüyü üçün "son hazırlıqları" müzakirə etdiyi bildirilib.

"Unikal" xəbər verir ki, ABŞ Dövlət Departamentinin görüşlə bağlı verdiyi yazılı açıqlamada tərəflərin “transatlantik ortaqlığa” sadiqliklərini təsdiqlədikləri bildirilib.

Açıqlamada, İsveçin NATO-ya üzvlüyü üçün “son hazırlıqları” müzakirə edildiyi və Blinkenin isveçli həmkarına Ukraynaya verdiyi dəstəyə görə təşəkkür etdiyi bildirilib.

Açıqlamada bildirilir ki, görüşdə ABŞ və İsveçin iqtisadi əlaqələri və texnologiya sahəsində əməkdaşlığı necə inkişaf etdirə biləcəyi də müzakirə olunub.