Fransadan Qarabağla bağlı qalmaqallı bəyanatlar gəlməkdə davam edir. Ermənistanın qanunsuz hərəkətlərinə tez-tez dəstək verən Fransa yenidən qalmaqal yaradıb.

"Unikal" xəbər verir ki, Fransa xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfərini Ağrı dağı şəkli ilə paylaşaraq Türkiyənin ərazi bütövlüyünü hədəfə alıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna sosial şəbəkədə Ağrı dağını Ermənistana məxsus kimi göstərən paylaşım edib. Kolonnanın paylaşımı böyük reaksiyaya səbəb olub.