Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ iclas keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı müzakirə mövzusu Şimaldakı ərazilərin, o cümlədən Şimal Dəniz Marşrutunun inkişafı olub.

“Bu gün biz Şimalın inkişafı ilə bağlı məsələlərdən danışacağıq. Bu, Şimal dəniz yoluna, kontinental şelfə və bəzi digər məsələlərə aiddir”, - deyə Putin bildirib.